Müdafiə Nazirliyi: Ermənistan dezinformasiyalarla izi azdırmağa cəhd edir

Müdafiə Nazirliyi: Ermənistan dezinformasiyalarla izi azdırmağa cəhd edir

Naxçıvanda Azərbaycan silahlı bölmələrinin erməni hərbçilərinə atəş açması, bir nəfərin öldüyü, birinin isə yaralandığı barədə yayılan xəbər dezinformasiyadır. Trend xəbər verir ki, bunu Müdafiə Nazirlyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu mətbuata yaydığı açıqlamasında belə deyib.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Ermənistanın kütləvi informasiya vasitələri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsurun Ovannisyana istinad edərək guya Naxçıvan Muxtar Respublikası istiqamətində Azərbaycan silahlı bölmələri erməni hərbçilərinin mövqelərinə gözlənilmədən atəş açıblar. Bir nəfərin öldüyü, birinin isə yaralandığı bildirilir:
“Azərbaycanın Müdafiə Nazirliyi bəyan edir ki, yayılan bu xəbər dezinformasiyadır, Ermənistan bununla izi azdırmağa cəhd göstərir. Lakin əldə olunan səhih məlumata görə, bu gün səhər saatlarında erməni həbçiləri arasında baş verən atışmanı gizlətmək məqsədilə düşmən bu köhnəlmiş üsulu yenə də işə salıb. İtkilər barədə Arsurun Ovannisyanın göstərdiyi rəqəm həqiqəti əks etdirmir. Erməni əsgərləri arasında silahlı qarşıdurma zamanı bir neçə nəfərin öldüyü və yaralandığı barədə məlumatlar var.”

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO