Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Zaqatala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılması qərara alınır.
Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.