Bakı metrosunda sərnişinlər nədən narazılıq edir?

Bakı metrosunda sərnişinlər nədən narazılıq edir?

Bakı Metropoliteninin bir neçə stansiyasında artıq neçə gündür ki, problemlər yaşanır. Çoxsaylı sərnişinlərin ANS PRESS-ə etdikləri şikayətlərində bildirirlər ki, “20 yanvar”, “Elmlər Akademiyası”, “Həzi Aslanov” və s. Stansiyalarının girəcəyində böyük növbələr yaranır. Növbələrin yaranmasına səbəb isə gediş haqqıların kartlara yüklənməsidir. Kartlara pul yükləmə zamanı yaranan problemlərin həll olunmasına bir sərnişin üçün uzun zaman lazım olur.

“Səhər işə gedəndə “20 yanvar” stansiyasından keçmək olmur. 3 aparat işləyir. Onun da heç biri normal xidmət göstərmir. Ordan keçmək çox zülümdür. Buna bir əlac olunsa yaxşı olar”, – deyə sərnişin Gülcənnət Abdullayeva şikayət edib.

Mövcud problemlə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxladıq. Metropolitendən ANS PRESS-ə bildirdilər ki, problemin yaranmasında bütün günahlar sərnişinlərdədir

Kart yükləmə avtomatlarının işi barədə daxil olan şikayətlərin təhlili göstərir ki, əksər hallarda, yəni bu halların 60-70 faizi sərnişinlərin avtomatlardan düzgün istifadə etməməsinin nəticəsidir. Hadisələrin mərkəzi server xidmətində araşdırılması nəticəsində aydın olub ki, kart yükləyənlər, bir çox hallarda, əməliyyatı sona çatdırmadan dayandırır. Bu zaman karta gediş əlavə olunmur. Bu barədə avtomatların vizual və səsli xəbərdarlığına baxmayaraq, belə hallara yol verilir”, -deyə Bakı Metropolitenindən bildirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO