“Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyalarına start verilir


“Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyalarına start verilir

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı layihələrini davam etdirir. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Trend-ə daxil olan məlumata görə, Azərbaycan Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyasının və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyaları həmin layihələrdən biridir.

Məlumat sessiyalarının avqustun 23-də Bakıda, avqustun 27-də Mingəçevirdə və avqustun 30-da Şirvan şəhərində müvafiq bölgələrin Rayon İcra Hakimiyyəti başçıları və DSK sədrləri üçün keçirilməsi nəzərdə tutulub.

Məlumat sessiyaları rayonların İcra Hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün təşkil ediləcəkdir. Bu sessiyaların keçirilməsində məqsəd İcra Hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri ilə seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi haqqında fikir mübadiləsi aparmaqdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO