ATƏT-in Parlament Assambleyasının payız sessiyası oktyabrın 13-14-də Monteneqronun Budva şəhərində keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının saytına Milli Məclisin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, sessiyanı gündəliyi tam dəqiqləşməsə də, Avropa məkanındakı müəyyən məsələlər müzakirə mövzusu olacaq. Onun sözlərinə görə, tədbirdə insan hüquqları mövzusunda da müzakirələrin aparılacağı gözlənilir: “Sessiyanın gündəliyindən asılı olmayaraq, Azərbaycanın nümayəndə heyəti bu tədbirdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü gündəmə gətirəcək. Bu, bizim fəaliyyətimizdə prioritet təşkil edir”.