Nəqliyyat naziri Ziya Məmmədov Masallıda vətəndaşları qəbul edərək onların təklif və şikayətlərini dinləyib.
Qəbulda Masallı ilə yanaşı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından 30-dək vətəndaş iştirak edib. Qəbulda Vədəndaşların müraciətləri əsasən rayonlararası və kənddaxili yollarının bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təmin olunmaq və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı qaldırılan bir sıra məsələlər elə yerindəcə həllini tapıb. Nazirliyə aidiyyatı olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.