Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanları saytlarının dağıdılması barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
Dövlət Agentliyindən Trend-ə daxil olan məlumata görə, dövlət orqanları saytlarının dağıdılması barədə mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyildir: “Bununla əlaqədar bildiririk ki, 01:30 – 02:30 (gecə) radələrində reqlamentə uyğun olaraq aparılan profilaktik tədbirlərlə əlaqədar dövlət saytlarına giriş müvəqqəti məhdudlaşdırılmışdır. Profilaktik tədbirlər qurtardıqdan sonra saytların işi bərpa olunub və təhlükəsizliyi yüksək standartlara uyğun təmin olunur”.