Elşad İskəndərov: Bəzi destruktiv qüvvələr cəmiyyətlə dindarlar arasında uçurum yaratmağa çalışırlar


Elşad İskəndərov: Bəzi destruktiv qüvvələr cəmiyyətlə dindarlar arasında uçurum yaratmağa çalışırlar

Azərbaycan dünyəvi dövlətdir. Dini qurumların siyasi oyunlarda istifadə edilməsi həm etik, həm də qanuni baxımdan düzgün deyil. Trend xəbər verir ki, bunu cümə axşamı jurnalistlərə açıqlamasında Azərbaycanda qarşıdan gələn prezident seçkilərində dini qurum və təsisatların rolunu dəyərləndirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib.

Bununla yanaşı Dövlət Komitəsinin sədri qeyd edib ki, dini icmaların üzvləri də Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda son 10 ildə gedən modernləşmə və Azərbaycan xalqının rifahının artırılması dindarlarımıza da təsir edib: “Onlar cəmiyyətin inteqral hissəsidir. Onları ayırmaq, marginallaşdırmaq, bölmək, cəmiyyətlə onlar arasında uçurum yaratmaq ümumiyyətlə qəbulolunmazdır. Əfsuslar ki, bəzi destruktiv qüvvələr tərəfindən belə addımlar atılır. Yəni bu məsələdə vətəndaşlarımızla birlikdə eyni prizmadan çıxış etməlidirlər.”

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO