Ermənistan prezidentliyinə keçmiş namizəd Vardan Sedrakyan haqqında ilkin istintaq işi başa çatdırılıb. Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə cümə günü Sedrakyanın hüquqlarını müdafiə edən “Sirunyan” hüquq bürosunun rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir.
Sedrakyan öz həmkarı Paruyr Hayrikyana sui-qəsd faktı üzrə cinayət işi ilə bağlı həbs edilib.
“Ermənistan Milli Təhlükəsizlik Xitmətinin İstintaq İdarəsi cinayət işinin materiallarının surətini bizə təqdim edib. Hazırda onlara baxılır. Növbəti həftə şərhlər veriləcək”, – məlumatda bildirilir.