MSK “Qarabağ və Respublika uğrunda” təşəbbüs qrupunun müraciətinə baxdı

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 2009-cu il martın 18-ə təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “Qarabağ və Respublika uğrunda” təşəbbüs qrupu tərəfindən MSK-ya daxil olmuş müraciətə baxılıb.

Lent.az-ın xəbərinə görə, MSK katibi məlumat verərək bildirib ki, təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi müraciətdə bəzi qanun pozuntuları olması iddiasını irəli sürüb. Belə ki, müraciətdə təşəbbüs qrupunun nümayəndələri Şəhla Hacıyeva və Natəvan Məmmədovanın əsassız olaraq, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə aparıldığı bildirilib. Natiq Məmmədov bildirib ki, araşdırmalar nəticəsində müraciətdə göstərilən vaxtda Şəhla Hacıyeva və Natəvan Məmmədova adlı şəxslərin Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsində olmadığı üzə çıxıb. N.Məmmədov müraciətin əsassız sayılması təklifini irəli sürüb.

MSK üzvü Akif Şahbazov isə məsələnin araşdırılmasına, o cümlədən polisə çağırıldığı iddia olunan şəxslərin mövqeyinin öyrənilməsinə ehtiyac olduğunu deyib. Sonda 2 nəfər əleyhinə olmaqla “Qarabağ və Respublika uğrunda” təşəbbüs qrupunun iddiası əsassız sayılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO