ATƏT sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Andrey Deşitsa Azərbaycana gəlib

ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Andrey Deşitsa Azərbaycanda səfərdədir.

APA-nın məlumatına görə, Andrey Deşitsanın müdafiə naziri Səfər Əbiyev, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının nümayəndələri ilə görüşləri planlaşdırılır.

Xüsusi nümayəndə Bakıda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının mövcud durumunu, ATƏT sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın Cənubi Qafqaz regionuna səfərinə hazırlıq məsələlərini müzakirə edəcək.

Xatırladaq ki, ATƏT sədrinin səfəri iyun ayına planlaşdırılıb.

Andrey Koşitsa Azərbaycandan sonra Gürcüstana və Ermənistana səfər edəcək

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO