Bakıda Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Vyetnamın xarici işlər nazirinin müavini Nquen Fionq Nqanın başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Trend-in məlumatına görə, bu barədə cümə günü XİN-nin mətbuat xidməti xəbər yayıb.
Vyetnamın regionun əsas aparıcı ölkələrindən biri olduğunu qeyd edən nazir N.F.Nqanın səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminlik ifadə edib.
Həmçinin, Elmar Məmmədyarov Vyetnamın xarici işlər nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.
Azərbaycanla-Vyetnam arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu söyləyən qonaq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Petro Vietnam” şirkəti arasında yaradılmış uğurlu əməkdaşlığın daha da inkişaf etdirlməsində və dərinləşdirilməsində maraqlı olduqlarını bildirib.
Görüşün sonunda N.F.Nqan Vyetnamın xarici işlər naziri adından Elmar Məmmədyarovu bu ölkəyə rəsmi səfərə dəvət edib.