Cənubi Qafqaz Forumunun təşkili ilə bağlı Türkiyədə müzakirələr aparılıb

Türkiyədə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Cənubi Qafqaz Forumu ilə bağlı müzakirələr aparır.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Türkiyədə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondunun toplantısı çərçivəsində Yunanıstanın sabiq xarici işlər naziri, millət vəkili Dora Bakoyannislə görüş keçirib.
Görüşdə bir sıra məsələlərlə yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid klubunun mayın 6-8-də Bakıda keçirəcəyi Cənubi Qafqaz Forumu görüşün əsas müzakirə mövzusu olub, bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Dora Bakoyannis bu toplantının Şərqlə Qərb arasında bir körpü rolu oynayacağını, mədəniyyətlər və dinlər arasında dialoqun inkişafında xüsusi əhəmiyyət daşıyacağını bildirib.
Qeyd edək ki, 2009-cu ildə ATƏT-ə rəhbərliyi zamanı Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün fəallıq göstərən Dora Bakoyannis Cənubi Qafqaz Forumunda münaqişələrə dair plenar iclasa sədrlik edəcək.
Xatırladaq ki, Cənubi Qafqaz Forumunda dünyanın 50-dən çox ölkəsindən 30-dan artıq sabiq ölkə və hökumət rəhbəri, dünyanın 200-dən çox nüfuzlu elm adamı, strateqlər iştirak edəcəklər. Forumun təşkilinə İsgəndəriyyə Kitabxanası, Fundacion de Paz, Roma Klubu, Gəncə Şəhər İcra hakimiyyəti və bir sıra digər nüfuzlu qurumlar da dəstək göstərir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO