Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
Trend xəbər verir ki, aprelin 9-da cəbhənin Füzuli rayonu istiqamətində baş verən atışma nəticəsində Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Şıxsəfiyev Fərhad Şıxvəli oğlu yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə təsdiqləyib ki, ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib və vəziyyəti normaldır.
Qeyd edək ki, əsgər Şıxsəfiyev Bakının Suraxanı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.