“Azərbaycan sikkələri” kitabı dünya miqyasında oxucu qazanmaqdadır

“Xalq Bank”ın “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr edilmiş, müəllifi professor Əli Rəcəbli olan “Azərbaycan sikkələri” kitabı ölkəmizdə elmi ictimaiyyət və oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu barədə çərşənbə axşamı bankdan Trend-ə daxil olan məlumatda bildirilir.
Kitab elmi dairələrdə geniş müzakirə olunaraq yüksək qiymətləndirilib. “Azərbaycan sikkələri” kitabının tarixi və faktoloji əhəmiyyəti, elmi tutumu və yüksək poliqrafik tərtibatı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Kitab dünyanın iyirmidən çox böyük və nüfuzlu kitabxanalarına, o cümlədən, Türkiyə Milli Kitabxanası, Britaniya Kitabxanası, ABŞ Konqresinin Kitabxanası, ABŞ-nın Milli Təhsil Kitabxanası, Harvard Universitetinin Kitabxanası, İsgəndəriyyə Kitabxanası Çin Milli Kitabxanası, Fransa Milli Kitabxanası, Alman Milli Kitabxanası, Rusiya Federasiyasının Dövlət Kitabxanası və digər elm ocaqlarına göndərilib.
Xatırladaq ki, “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr edilmiş “Azərbaycan sikkələri” kitabı Azərbaycanın sikkə işinin geniş icmalıdır və antik dövrdən bu günümüzədək ölkə ərazisində zərb edilən və dövriyyədə olan sikkələri əhatə edir. Nəşrdə çoxəsrlik Azərbaycan dövlətçiliyinin önəmli atributlarından biri olan sikkənin həqiqi tarixi mənbə olaraq rolu və əhəmiyyəti xüsusi olaraq vurğulanır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO