Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri prosesinin şəffaflığını təmin etmək üçün veb-kameralar quraşdırmağı nəzərdə tutur. Bu barədə çərşənbə axşamı Trend-ə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib.
Sarıyevin sözlərinə görə, seçki məntəqələrinin təqribən 20 faizi web-kameralarla təchiz ediləcək. Müqayisə üçün Azərbaycanda daha əvvəllər keçirilmiş seçkilərdə bu qurğularla seçki məntəqələrinin 10 faizi təchiz edilmişdi.
“Səsvermenən gedişi barədə onlayn rejimdə məlumat almaq mümkün olacaq ki, bu da seçicilərə seçki məntəqələrindən daxil olan nəticələri interaktiv izləməyə imkan verəcək”, – Sarıyev qeyd edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən daha əvvəl Trend-ə verilən məlumata görə, qurumun struktur bölmələri (“Bakı Telefon Rabitəsi” və “Aztelekom” İstehsalat birlikləri) Azərbaycanda qarşıdakı prezident seçkilərini zəruri texniki dəstəklə təmin edəcəklər.
MSK ilə birgə həyata keçirilməsi planlaşdırılan işlərə prezident seçkilərinin keçiriləcəyi Bakı və regiondakı seçki məntəqələri etibarlı, fasiləsiz telefon rabitəsi və internətə çıxışla təchiz edilməsi daxildir.