İlham Əliyev Albaniyanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Albaniya Respublikasının Baş naziri Sali Berişanı qəbul etmişdir.

Görüşdə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin əhəmiyyəti vurğulandı, tədbirin iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd olundu.

Görüşdə, həmçinin Azərbaycan ilə Albaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə inkişafının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO