Con Kerri və Əhməd Davudoğlu Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsini müzakirə edib

ABŞ-ın dövlət katibi Con Kerri və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun keçirilmiş görüşündə ATƏT-in Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi və Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələləri müzakirə olunub.
Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərdə deyilir ki, görüşdən sonra keçirilmiş mətbuat konfransında Davudoğlu bildirib ki, müzakirələrdə regional məsələlər, Cənubi Qafqazdakı vəziyyət, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması, ATƏT-in Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
“Amerikalı həmkarım ilə Türkiyə-İsrail münasibətlərini, Yaxın Şərqdəki vəziyyəti və digər məsələləri də müzakirə etdik. Bütün bu məsələlər Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı da diqqət mərkəzində olacaq. Lakin, ən aktual problem Suriyadakı vəziyyətin getdikcə ağırlaşması ilə bağlıdır. Biz qərara gəldik ki, bu məsələlər ilə bağlı, habelə İraqın ərazi bütövlüyü ilə əlaqədar bir toplantı keçirək” – deyə Davudoğlu əlavə edib.
Con Kerri isə bildirib ki, Türkiyə ilə ABŞ bundan sonra da regional məsələlərə dair məsləhətləşmələri intensivləşdirmək niyyətindədirlər.
O, İranın da nüvə proqramının təhlükəsiz olduğunu bütün dünyaya sübut etməsinin zəruriliyini vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO