Regionun bütün ölkələri anlayırlar ki, Azərbaycanda uzunmüddətli iqtisadi müvəffəqiyyət üçün böyük potensialın təməli qoyulub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab bildirib.
Onun sözlərinə görə, Azərbaycan maliyyə və informasiya texnologiyaları sahəsində liderlik edir.
“Regionun geostrateji vəziyyəti həmçinin onun müvəffəqiyyətli inkişafı şərtidir”,-o qeyd edib.
“Tədbirin əsas məqsədi Cənubi Qafqaz və Mərkəzi Asiyanın inkişafının ısasını qoymaqdır. Biz regionun inkişafı və onun potensilarından istifadə üçün şərait yaradır”, – o bildirib.
Forum iştirakçıları arasında Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyini necə gördükləri barədə sesvermə keçirilib.
İştikrakçıların 62,3 faizi inteqrasiya, 22 faizi fraqmantasiya, 15,7 faizi isə qürbləşməyə səs veriblər.
Həmçinin tədbirdə iştirakçılara Cənubi Qafqaz regionunun inkişafına dair video çarx da nümayiş olunub.
Qeyd edək ki, Bakıda bazar ertəsi Ümumdünya İqtisadi Forumun “Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda tədbir keçilir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir və dövlət başçısı tədbirin açılışında çıxış edib.