Əgər Avropa İttifaqı (Aİ) Türkiyənin quruma daxil olmasına kömək edərsə rəsmi Ankaranın xarici siyasətinin əsas strateji hədəfi olan bu prosesi davam etdirəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi “Anadolu” agentliyi ölkənin xarici işlər naziri Əhməd Davudoğlunun sözlərinə istinadən xəbər yayıb.
“Lakin Avropa İttifaqı bu məsələdə təşəbbüs göstərməsə, Türkiyə təkid etməyəcək və hərə öz yolu ilə gedəcək”,- Davudoğlu bildirib.
Onun sözlərinə görə, Türkiyə artıq heç bir ölkəni strateji tərəfdaş kimi itirməkdən qorxmur. Getdikcə daha çox ölkə Ankara ilə əməkdaşlığın genişləndirilməsinə nail olaraq Türkiyə ilə münasibətləri korlamamağa çalışır.