İran Azərbaycana etiraz notası verib


İran Azərbaycana etiraz notası verib.
Trend İran televizyasının rəsmi xəbər saytı “iribnews”-a istinadən xəbər verir ki, dünən axşam Azərbaycanın Tehrandakı səfiri Cavansir Axundov İranın Xarici İşlər Nazirliyinə çağrılıb və bir neçə gün öncə Bakıda İrana zidd tədbirin keçirilməsi ilə bağlı Azərbaycana etiraz notası verib.
İranın XİN müavini Abbas Arakçi Azərbaycan hökümətinin İrana qarşı belə bir zidd tədbirin keçirilməsinin qarşısını almamasına görə etiraz etdiklərini bildirib.
Arakçi deyib ki, Tehran-Bakı əlaqələri iki xalqın bir-birinə bağlılığı yolu ilə davam etdirilir. Bu cür hərəkətlər iki ölkə arasında əlaqələrin inkişafına mənfi təsir göstərə bilər.
Arakçi İrana zidd tədbirin Bakıda keçirilməsinin səbəbini tez bir zamanda İran tərəfinə izah etməsini istəyib.
Qeyd edək ki, şənbə günü Bakı şəhərində yerləşən Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi təşkilatçılığı ilə “Çağdaş Güney Azərbaycanın sabahı” adlı geniş konfrans keçirilib.

Tədbirdə Güney Azərbaycan mövzusu müzakirə edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO