İordaniya kraliçası Cənubi Qafqaz Forumunda iştirak edəcək


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri həmsədri olan Əlahəzrət Kraliça Nur Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycana 2 günlük səfərə gələcək. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Səfər zamanı Əlahəzrət Kraliça Nur Cənubi Qafqaz Forumunda iştirakı ilə yanaşı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali toplantısında iştirak edərək illik hesabatı dinləyəcək.

Kraliça mərkəzin digər üzvləri olan cənab İsmayıl Seragəldin, cənab Federiko Mayor Zaragoza, xanım Prezident Vaira Vike-Freiberga ilə BMT-nın Sivilizasiyalar Alyansının yaradılmasının təşəbbüskarları olaraq onun Ali Qrup üzvləridirlər. Kraliça Nur Amerikada Şərq və İslam dünyası dəyərlərinin, mədəniyyətinin və qadınların aktivliyinin təbliq olunmasında önəmli rola malikdir.

Hazırda kral Hüseynin adını daşıyan Fonda rəhbərlik edir.

Əlahəzrət Kraliça Nur Böyük Britaniyanın sabiq baş naziri Margaret Tetçerlə Mərkəzin fəxri həmsədrləridirlər.

Cənubi Qafqaz Forumu dünyanın 50-dən çox ölkəsindən təmsil olunacaq 30-dan çox sabiq ölkə və hökumət rəhbərləri, 200-dən çox dünyanın ən nüfuzlu elm adamları, nüfuzlu strateglerinin iştirak edəcəyi beynəlxalq əhəmiyyətli tədbirdir.

Forumun təşkilinə İsgəndəriyyə Kitabxanası, Fundacion de Paz, Roma Klubu, Gəncə Şəhər İcra hakimiyyəti və bir sıra digər nüfuzlu qurumlar dəstək göstərir. Forumunun işi Çatman Evi beynəlxalq qanunları çərcivəsində keçiriləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO