Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Bakı şəhəri Xəzər rayonunun Şüvəlan və Buzovna qəsəbələri ərazisində əlli beş min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 16,5 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Bakı şəhərinin Xəzər Rayon İcra Hakimiyyətinə ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.