ATƏT olaraq Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iqtidarla müxalifət arasında dialoqla bağlı səsləndirdiyi fikirləri müsbət qarşılayırıq. Bu barədə Trend-ə ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Tarqay bildirib.
Tarqayın sözlərinə görə, ATƏT Əli Həsənovun dialoq fikirlərini dəstəkləyir.
“Lazım olsa, biz bu dialoqa öz dəstəyimizi verməyə hazırıq. Biz həm müxalifət liderləri, həm də Prezident Administrasiyası ilə daim ünsiyyətdəyik. Lakin biz ATƏT olaraq dialoqlarda tərəf kimi iştirak edə bilmərik. Biz sadəcə vasitəçi ola bilərik”, – ATƏT-in Bakı ofisinin rəhbəri bəyan edib.