Azərbaycanda 8 ayda 13 min 880 cinayət hadisəsi qeydə alınıb

Bu ilin 8 ayında Azərbaycanda 13880 cinayət hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, onlardan 11 faizi xüsusilə ağır və ağır xarakterli cinayət hadisələri olub. 8 ayda aşkar edilən 11430 nəfər hüquqpozucunun 8850 nəfəri cinayət məsuliyyətinə cəlb olunub. Aşkar edilənlərin 82 faizi əmək qabiliyyətli yaşda olub, lakin heç bir yerdə oxumayan və işləməyənlər, 9 faizi əvvəllər cinayət törətmiş şəxslər, 14 faizi qadınlar və 3 faizi 14-17 yaşlı uşaqlardır. Törədilən cinayətlər nəticəsində 7090 nəfər şəxs zərər çəkib. Onların 56 faizi kişi, 44 faizi isə qadınlardır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO