Rumıniya Deputatlar Palatasının sədri Azərbaycana səfərə gəlir


Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zgoneanın rəhbərlik etdiyi nümayəndə heyəti martın 14-də Bakıya səfər edəcək.

Azərbaycan Milli Məclisinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan və Rumıniya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Səfər çərçivəsində Zgoneanın Prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və bir sıra rəsmilərlə görüşü nəzərdə tutulub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO