Brüsseldə Qarabağ danışıqları müzakirə edilib

Dekabrın 9-da Brüsseldə Avropa Birliyinin yüksək rütbəli xarici siyasət rəsmiləri ilə Cənubi Qafqaz ölkələrinin Xarici İşlər nazirlərinin görüşü olub. Brüsseldə Qarabağ danışıqları müzakirə edilib   Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da müzakirə edilib. Prezidentlərin Moskva bəyannaməsi, Türkiyənin Qafqazda Sabitlik Paktı kimi təşəbbüsləri xatırladan E.Məmmədyarov bildirib ki, indi ermənistanlı həmkarı ilə birlikdə keçmişin pis miraslarının tarixdə qalmasına çalışırlar: «Bütün bu cəhdlər daha sabit və sakit Cənubi Qafqazın əsasının qoyulmasına kömək edir. Ermənistanın Xarici İşlər naziri ilə mən bu fikirdəyik ki, biz bütün pis mirasların geridə, tarixdə qalmasına çalışmalıyıq».
Elmar Məməmdyarov bildirib ki, Avropa Birliyi ilə görüşdə enerji təhlükəsizliyi, Şərq-Qərb dəhlizində nəqliyyat, Qonşuluq Siyasəti, Avropa Birliyinin Yeni Şərq Əməkdaşlığı Təşəbbüsü kimi müxtəlif məsələləri də müzakirə ediblər. Görüşdə Rusiyanın nəzarətində olan separatçı Gürcüstan bölgələrinə sülhməramlılar göndərilməsi barədə Tbilisinin müraciəti də müzakirə edilib. Ancaq Avropa Birliyi Tbilisinin bu xahişini qəbul etməyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO