Azərbaycan müxalifəti ilə, siyasi partiyalarla dialoq həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Həsənovun sözlərinə görə, müxalifətlə, mətbuat orqanları ilə, siyasi partiyalarla dialoq həyata keçiriləcək.
PA rəsmisi bildirib ki, xüsusən seçki ərəfəsində, seçki fəaliyyətinin aparılması, siyasi partiyalar tərəfindən namizədlərin irəli sürülməsi,namizədlərin təbliğ edilməsi, seçkilərə qatılması ərəfəsində onlarla təmasları tezləşdirəcəyik.
Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu ilin payız aylarında keçirilməsi nəzərdə tutulur.