YAP-ın nümayəndə heyəti Hikmət Atayevin dəfn mərasimində iştirak etmək üçün Zaqatalaya gedib


Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin deputatı Hikmət Atayevin dəfn mərasimində iştirak etmək üçün Zaqatalaya gedib. Bu barədə Trend-ə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

Qeyd edək ki, martın 7-də saat 21:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun Balakən rayonunun Poçtbinə kəndi ərazisində Milli Məclisin deputatı Hikmət Atayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən əks istiqamətdən hərəkət edən Poçtbinə kənd sakini Şaban Qardaşovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə toqquşub.

Nəticədə H.Atayev hadisə yerində vəfat edib, digər avtomobilin sürücüsü Şaban Qardaşov və sərnişini Vüsal Bodurov isə bədən xəsarətləri alıblar.

Atayev bu gün dəfn olunacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO