Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “GAZELLI INTERNATIONAL” MMC tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsinə icazə verib. Bu barədə Trend çərşənbə günü QKDK-nın saytına istinadən məlumat verir.
Qeyd edək ki, daha əvvəl QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində “GAZELLI INTERNATIONAL” MMC tərəfindən stimullaşdırıcı lotereyanın qanunsuz təşkili aşkar edilmiş və keçirilən lotereyanın dayandırılması barəsində göstəriş verilmişdi.
“GAZELLI INTERNATIONAL” MMC tərəfindən lotereya dayandırılıb və qanunvericiliklə nəzərdə tutulmuş zəruri sənədlər təqdim olunub. Bununla əlaqədar “GAZELLI INTERNATIONAL” MMC tərəfindən keçirilən lotereya QKDK tərəfindən nəzərə alınıb.