Niderland ilə Azərbaycanın yol təhlükəsizliyi ilə bağlı birgə seminar təşkil edəcək


Niderland ilə Azərbaycanın Nəqliyyat nazirlikləri yol təhlükəsizliyi ilə bağlı seminar təşkil etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Niderlandın Azərbaycandakı səfiri Aryen Uiyterlinden deyib.
Səfir qeyd edib ki, ölkəsi bu sahədə infrastrukturun təkmilləşdirilməsində müxtəli nailiyyətlər əldə edib və hazırda Niderlanda yol nəqliyyat hadisələrinin sayı aşağı səviyyədədir.
“Yol nəqliyyat hadisələri indi böyük bir problemə çevrilib və biz seminar vasitəsi ilə Azərbaycan ilə bu sahədə qazandığımız təcrübəmizi bölməyə hazırıq”, – səfir deyib.
Səfirin sözlərinə görə, aprel ayında baş tutacaq seminar üzərində hazırda işlər davam etdirilir.
Uiyterlinden vurğulayıb ki, seminar zamanı Niderlanddan gələcək mütəxəssislər bununla bağlı mühazirələr söyləyəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO