Seçki Məcəlləsinin yenidən təkmilləşdirilməsində maraqlıyıq

Avropa Şurasının Venesiya Komissiyasının (VK) katibi Cianni Bukikionun bazar ertəsi Trend News-a eksklüziv müsahibəsiSeçki Məcəlləsinin yenidən təkmilləşdirilməsində maraqlıyıq– Seçki Məcəlləsi və”Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna edilən dəyişiklik və əlavələr Azərbaycanda oktyabrda keçirilən prezident seçkisi ərəfəsində həyata keçirildi. Hər iki qanunun seçkidə tətbiqini necə qiymətləndirirsiniz?

– Seçkilərin keçirilməsinin sırf texniki tərəflərinə gəldikdə, razı qaldığımızı deyə bilərik. Azərbaycan hakimiyyət orqanları ilə birgə apardığımız işlər öz bəhrəsini verdi. Mərkəzi Seçki Komissiyası (MSK) və seçki prosesində iştirak edən əməkdaşları öz işlərini yerinə yetirdilər. Seçki hüququ uzrə ixtisaslaşmış ekspert vasitəsilə spesifik yardım göstərdik. Ekspert MSK yanında da bir ay ərzində fəaliyyət göstərdi və düşünürəm ki, bu, faydalı oldu. Bildiyiniz kimi, seçki kampaniyasında bəzi tənqidlər oldu. Həqiqətən, iyun ayında Seçki Məcəlləsinə seçki kampaniyasının müddətinin azaldılmasını təsbit edən dəyişiklərdən razı deyildik. Bu isə müxalifətdə təmsil olunan bəzi liderləri seçkidə iştirak etməkdə ruhdan saldı. Müxalifət bu seçkilərdə reallıqda tam təmsil olunmadı. Bu, bir problemdir. Lakin, təəssüf edirəm ki, müxalifət seçkilərdə iştirak etmədi. Bu isə məsulyyətli yanaşma deyil. Seçki qanunvericiliyi kifayət qədər yaxşıdır. Onu daha da yaxşılaşdırmaq olar. Əgər Azərbaycan hakimiyyəti istərsə, Venesiya Komissiyası gələcəkdə Seşki Məcəlləsi üzərində yenidən işləməyə davam edə bilər. Qanunvericilik mətni kimi Məcəllə demokratik və ədalətli seçkilərin keçirilməsinə imkan verə bilərdi. Fikrimcə, müxalifət seçkidə iştirak etmək üçün cəhd etməli idi. Həm iqtidar, həm də müxalifər öz üzərlərinə düşən rolu oynamalıdır. Seçkidə iştirak edərək seçicilərin konsensusunu qazanmalı idi. Bu, seçkidən sonrakı vəziyyətə dair dəyərləndirməmdir. Venesiya Komissiyası Azərbaycan tərəfi ilə qanunvericilik bazasınıy yaxşılaşdırılması istiqamətində əməkdaşlıq etməyə hazırıdır. Azərbaycanda qanunvericilik əhəmiyyətli dərəcədə yaxşılaşmağa doğru gedir. Bu sahədə çoxlu irəliləyişlər var, lakin hələ də çatışmayan yeni qanunvericiliyin düzgün tətbiq edilməsinə dair mentalitetdir.

“Sərbəst toplaşmaq azadlığı” haqqında qanun yaxşı qanundur, amma düzgün tətbiq edilmədi. Çünki şəhərin mərkəzindən uzaq və ya gediləsi çətin olan yerlərdə mitinqlərin keçirilməsini nəzərdə tutan siyahının hazırlanmasının mənası yoxdur. Bu yaxşı qanunun uyğun şəkildə tətbiq edilməsi lazımdır. Bu, atılması lazım olan əlavə addımdır. Ümumilikdə, qanunvericilik yaxşılaşır, indi isə onun düzgün tətbiqi üzərində işləmək lazımdır. Qanunların tətbiqini yaxşılaşdırmağa dair ikinci mərhələni gələn ildən etibarən başlaya bilərik.

– Bununla bağlı komissiyanın planı varmı?

-Bununla bağlı heç bir planımız yoxdur. Yaxşı bilirsiniz ki, VK heç bir şeyi zorla qəbul etdirmir. Biz yanğınsöndürən rolunu oynayırıq. Biz kritik məqamlarda deyil, sakit tərzdə və vaxtında işlərimizi görmək istərdik. Biz bütün üzv dövlətlərlə əməkdaşlıq etməyə hazırıq.

– Azərbaycan Parlamenti siyasi partiyalarla bağlı qanun layihəsinin hazırlanmasında VK ilə əməkdaşlıq etməyə hazır oluğunu bildirib. Bununla bağlı sizə müraciət daxil olub?

– Siyasi partiyalarla bağlı qanun layihəsinə dair müraciətin olmamasına təəssüflənirəm. Siyasi partiyalarla, eləcə də onların maliyyələşdirilməsi məsələləri ilə bağlı yeni qanun layihəsinin olduğunu bilirəm. Biz bu qanun üzərində işləyə bilməkdən çox məmnun olardıq, o şərtlə ki, Azərbayan hakimiyyəti VK-ya müraciət etsin. Azərbaycan hakimiyyətini bu qanunun beynəlxalq standartlara uyğun olması üçün onun üzərində birgə işləməyə dəvət edirəm.

– Sizcə, bütün siyasi partiyalar budcədən maliyyələşdirilməlidir? Bu yöndə hansı meyarları üstün götürmək lazımdır? VK-nın bununla bağlı hər hansı tövsiyəsi varmı?

-Bundan danışmaq hələ tezdir. İlk öncə parlamentin hansı istiqamətdə getmək istədiyinə diqqət etmək lazımdır. Birlikdə daha yaxşı həll variantını tapa bilərik. Hər yerdə tətbiq edilə bilən qanun modeli hazırlamaq mümkün deyil. Mentalitet, ənənələr və qanunun qalan hissəsini nəzərə alaraq hər bir ölkəyə dair ölçü üzrə hüquqi yardım göstərmək lazımdır. Ümid edirəm ki, İlham Əliyev ikinci prezident dövründə qanunvericilik və Konstitusiya sahəsində lazımi və Avropa standartlarına uyğun islahatlar aparmaqla Azərbaycanda demokratiyanı daha da möhkəmləndirmək istiqamətində çalışacaq. Çox ümid edirəm ki, prezident Əliyev yeni seçilmiş Ermənistan prezidenti Sarkisyanla birlikdə Dağlıq Qarabağ münaqişəsinin həllinə də nail olsun. Bu, bütün Cənubi Qafqazın inkişafını əngəlləyən əsas problemdir. Əgər hər iki tərəfin maraqları çərçivəsində bu münaqişə mümkün dərəcədə daha yaxşı formada həllini taparsa, bu, Azərbayan və digər aiddiyatı olan ölkələrin sosial, iqtisadi, hüquqi inkişafına təkan verərdi.

– VK-nın dekabr ayında keçirilən plenar sessiyasında Azərbaycanla bağlı məsələnin müzakirəsi gözlənilirmi?

-VK-nın 12-13 dekabr 2008-ci il tarixlərində Venesiyada keçiriləcək 77-ci plenar iclasında Azərbaycanla bağlı spesifik məsələ müzakirə edilməyəcək. Hazırda, Azərbaycanla bağlı qanun layihələri üzərində işləmirik. Buna görə VK-nın üzvü Lətif Hüseynovdan başqa, rəsmi şəxslərin sözügedən sessiyada iştirakı nəzərdə tutulmur. Habelə ümid edirik ki, siyasi partiyalara dair qanun üzərində işləməyi xahiş etsələr, biz bunu VK-nın mart ayında keçiriləcək plenar sessiyasında nəzərdən keçirə bilərik.

– Avropada seçki sistemlərinin uyğunlaşdırılmasından (harmonizasiyasından) danışmaq olarmı?

-Bu, seçki sistemi dedikdə, nəyin nəzərdə tutulmasından asılıdır. Əgər seçki sistemi majoritar və ya proporsional sistem anlamına gələrsə, xeyr. Bu, siyasi bir məsələdir. Hər bir ölkə onu daha yaxşı qane edən sistemi seçməkdə suverendir. Bununla bağlı, VK heç vaxt müdaxilə etmir. Biz Azərbaycan tərəfi ilə çoxdan işləyirik və heç vaxt majoritar və ya proporsional seçki sisteminin qəbul edilməsini deməmişik. Bu ölkənin suveren seçimidir, lakin biz deyə bilərik ki, seçdiyiniz bu sistem mövcud şəraitə uyğun olmaya bilər. Bir seçki sistemini digərindən üstün tuta bilmərik. Əsas olanı seçki sisteminin işləməsi, imkan dairəsində bütün siyasi qüvvələri əhatə etməsi və düzgün nəticələr əldə etməyə imkan verməsidir. Biz seçki sistemlərinin uyğunlaşdırılmasına doğru deyil, seçkilərin təşkili prosesinin uyğunlaşdırılmasına doğru gedirik. Buna bir gün nail olacağımıza ümid edirik.

– AŞ Ermənistanın Baş Prokurorluğu ilə bir sıra sahələrdə fəaliyyətini davam etdirəcək. VK ilə hansı əməkdaşlıq planları nəzərdə tutulur?

– Ermənistanla da seçki sahəsində əməkdaşlıq etdik. Seçki Məcəlləsi kifayət qədər qənaətbəxşdir. Biz habelə “Sərbəst toplaşmaq” qanunu üzərində işlədik. Bunun da yaxşı qanun olmasına baxmayaraq, təəssüf ki, mart hadisələri baş verdi. Bu qanun da düzgün tətbiq edilmədi. Bununla əlaqədar olaraq, inzibati orqanlar və hakimlər üçün təlimlərin keçirlməsinə dair əməkdaşlıq etməyə hazır olduğumuzu bildirmişik. Hazırda Ermənistanda prezident seçkiləri ərəfəsində və ondan sonrakı müddətdə mitinqlərin keçirilməsinə icazənin verilməməsinə dair vacib qərarları təhlil etmək və nəyin düzgün olmadığını aydınlaşdırmaq məqsədilə toplayırıq. Qanunun düzgün tətbiqinə dair araşdırmanı başa çatdırdıqdan sonra spesifik təlimlərin keçirilməsini müəyyənləşdirəcək və buna məsul olan orqanlara necə davranmaq və qanunu tətbiq etməyi izah edəcəyik.

– Gələn il AŞ-nin yaranmasının 60 illik yubileyidir. Təşkilatın mövcud olduğu 60 il ərzində gördüyü işlər haqqında hansı nəticəyə gəlirsiniz?

-Təxminən 40 ildir ki, AŞ-da işləyirəm. AŞ bu illər ərzində çox inkişaf edib. Berlin divarının yıxılması ilə təşkilatin fəaliyyətində bir dönüş yarandı. Ola bilsin, 60 illik mövcudluğundan sonra AŞ üçün yeni rollar, vəzifələr nəzərdən keçirmək lazımdır. Mən AŞ ilə Aİ arasında, habelə institusional sahədə önəmli işbirliyini düşünürəm. Bundan başqa, AŞ təkcə quruma üzv olan bütün dövlətlərin panavropa evi rolunu oynamaq yox, eləcə də Aİ-nın Qonşuluq siyasəti çərçivəsində Avropanın qonşuluğunda yerləşən ölkələrə yardım etmək missiyasında faydalı ola bilər və insan haqları, hüquqi dövlət, demokratiya sahəsində öz bacarığını göstərə bilər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO