ABŞ-ın İndiana ştatı Azərbaycanla əməkdaşlığa dair qətnamə qəbul edib


ABŞ-ın İndiana ştatının Baş Assambleyası tərəfindən Azərbaycan ilə bu ölkə arasında əməkdaşlığa dair qətnamə qəbul edilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, qətnamədə Azərbaycanın müstəqillik əldə etməsindən ötən 21 il ərzində ABŞ-ın həm regional, həm də qlobal arenada önəmli strateji tərəfdaşına çevrilməsindən, ölkəmizdə 100-dən artıq amerikan şirkətlərinin uğurlu fəaliyyətindən bəhs edilir.
Həmçinin, Azərbaycanın Şərqi Avropada ABŞ-ın ən önəmli müttəfiqlərindən biri kimi NATO-nun Əfqanıstanda apardığı əməliyyatlarda Amerikanın sadiq dəstəkçisi olduğu bildirilir.
Xatırladaq ki, son zamanlar Azərbaycanla ABŞ arasında əməkdaşlığa dair bir neçə qətnamə qəbul edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO