Milli Təhlükəsizlik Nazirliyinin gördüyü tədbirlə nəticəsində ötən il 387,3 kq ağır narkotik vasitə və psixotrîð maddə qanunsuz dövriyyədən çıxarılıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Milli Məclisə göndərilmiş 2012-ci il hesabatında göstərilib.
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının gördüyü tədbirlər nəticəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstələrin və cinayətkar qrupların, àórı-àórı şəxslərin fəaliyyətinin qarşısı alınıb, onlardan ümumilikdə 387,3 kq ağır narkotik vasitə və psixotrîð maddə (o cümlədən 17 kq 286,11 qr heroin; 307 kq 36,17 qr həşiş, 62 kq 342,7 qr tiryək; 125, 46 qr kokain; 54 qr marixuana və 1,5 metamfetamin) götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
2 İran və 6 Azərbaycan vətəndaşından ibarət olan bir cinayətkar dəstədən külli miqdarda narkotik vasitə ilə yanaşı, müxtəlif çaplı odlu silah, döyüş sursatı və hərbi ləvazimat aşkarlanaraq götürülüb.
Faktlarla bağlı 29 cinayət işi başlanıb, ümumilikdə 75 Azərbaycan, 8 İran və 5 Rusiya vətəndaşı istintaqa cəlb olunub.
Rusiyalı tərəfdaşlarla birgə keçirilmiş əməliyyatlar nəticəsində 2 cinayətkar dəstə və ayrı-ayrılıqda 5 nəfər Rusiya vətəndaşı zərərsizləşdirilib, onlardan cəmi 234,5 kq narkotik vasitə götürülüb.