Azərbaycan Vahid Miqrasiya Məlumat Sisteminin qurulmasında Avropa təcrübəsini öyrənir


Dövlət Miqrasiya Xidmətində Tvinninq layihəsi üzrə növbəti tədbir keçirilib.
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevrlın 25-28-də Rumıniya Respublikasının Baş İmmiqrasiya Müffətişliyindən və Niderland Krallığının İmmiqrasiya və Pasportların verilməsi İdarəsindən dəvət olunmuş ekspertlərin və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi və Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin əməkdaşlarının iştirakı ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində quraşdırılmış Vahid Miqrasiya Məlumat Sisteminin texniki strukturu və məlumat bazası, eləcə də Rumıniya Respublikası və Niderland Krallığının bu sahədəki qabaqcıl təcrübəsinin öyrənilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Görüş Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” Tvinninq layihəsi çərçivəsində həyata keçirilib. 2013-2015-ci illəri əhatə edən bu layihədə Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşı Niderland, digər tərəfdaş ölkələri isə Latviya və Rumıniyadır.
Ümumilikdə, layihə çərçivəsində miqrasiya qanunvericiliyi, qanunsuz miqrasiyaya qarşı mübarizə, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarınıın professional inkişafı üçün təlim-tədris metodlarının inkişafı və ictimaiyyətin miqrasiya məsələləri barədə maarifləndirilməsinin artırılması üzrə bundan sonra da 4 istiqamət üzrə seminar, Aİ ölkələrinə təlim səfərləri və görüşlərin keçirilməsi nəzərdə tutulub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO