Sarkozi 2009-cu ili Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fürsət sayır

Fransa Prezidenti Nikola Sarkozi Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. Sarkozi 2009-cu ili Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fürsət sayır

Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, cənab Sarkozi iki ölkə arasında əməkdaşlığın inkişaf etməsinə sevindiyini bildirib: “Fransa-Azərbaycan müştərək iqtisadi komissiyasının yeni ilin əvvəlində Bakıda keçiriləcək iclası iqtisadi və ticari sahələrdə əməkdaşlığın və beynəlxalq fəaliyyətin zəngin və geniş perspektivlərini tərtib etməyə imkan verəcək. Mən Sizin 2007-ci ilin noyabrındakı səfəriniz zamanı bizim dolğun müzakirələrimizdən xüsusilə razı qaldım və 2009-cu ildə Sizi Fransada qəbul etməkdən çox şad olacağam. Bu səfər bizə, iki ölkəmizi birləşdirən münasibətlərin bütün aspektlərini öyrənməyə və onların dərinləşdirilməsi üçün işləməyə imkan verəcək”. Prezident Sarkozi Minsk qrupunun həmsədri vəzifəsində Azərbaycanın yanında olmaqla, Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli həllinə nail olunması üçün öz səylərini əsirgəməyəcək: “Mənim bu məsələyə nə qədər şəxsi marağım olduğu Sizə məlumdur və mən Rusiya Prezidenti Dmitri Medvedevin dəstəyi ilə bu il noyabrın 2-də Moskvada Prezident Sarkisyanla olan görüşünüzün ümidverici nəticələrini razılıqla öyrəndim. Bu baxımdan hiss edirəm ki, 2009-cu il müstəsna və məqsədəuyğun bir ildir və münaqişənin həllinə nail olmaq üçün bu fürsətdən istifadə etmək lazımdır. Fransa bu müsbət dinamikaya öz töhfəsini verməyə hazırdır, daha geniş mənada isə, Qafqazı sülh və tərəqqi zonasına çevirmək üçün hər bir köməyin göstərilməsində iştirak etməkdə qərarlıdır”.
Məktubda bildirilir ki, Avropa qonşuluq siyasəti çərçivəsində, “Şərq tərəfdaşlığı”nın müəyyən edilməsi üçün Aİ nəzdində aparılan işlər Azərbaycanı Avropaya daha çox yaxınlaşdırmaq üçün bir fürsətdir: “Əmin ola bilərsiniz ki, Fransa bu yeni sənədin tam şəkildə Azərbaycanın xeyrinə olmasına çalışacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO