Görüşdə ailəsinin yazdığı məktub əsirə çatdırılsa da o, valideynlərinə cavab yazmayıb
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Ermənistanda əsirlikdə olan Azərbaycan Ordusunun sıravi əsgəri Rafiq Həsənova baş çəkiblər. Qurumun Ermənistan nümayəndəliyindən Bakı ofisinə verilən məlumata görə, budəfəki görüşdə ailəsinin yazdığı məktub əsir əsgərə çatdırılıb. Amma Rafiq Həsənov öz valideynlərinə cavab məktubu yazmayıb. Beynəlxalaq qurumun nümayəndələri həmçinin əsirin saxlanma şəraiti və səhhəti ilə də maraqlanıblar. Bu haqda məlumatı ANS-TV.yə BQXK-nin Bakı nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva verib. Qeyd edək ki, Rafiq Həsənov bu ilin oktyabr ayının 8-də cəbhənin Qazax rayonun Kəmərli kəndi istiqamətində erməni tərəfinə əsir düşüb.