Magistraturaya imtahan verənlərə buraxılış vərəqələrinin verilməsinə başlanılıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarında iştirak etmək istəyən bakalavrlar üçün “Bakalavrın imtahana buraxılış vərəqəsi”nin verilməsinə başlayıb.
Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə çərşənbə axşamı Trend-ə bildirib ki, magistratura səviyyəsinə 1-ci mərhələ üzrə imtahana “Buraxılış vərəqəsi”nin çap edilməsi üçün qurumun saytına daxil olmaq lazımdır. Namizədlər martın 3-dək “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni əldə edə bilərlər. Onlar “Buraxılış vərəqəsi” olmadan imtahanda iştirak edə bilməzlər.
Qəbul imtahanının birinci mərhələsi martın 3-də keçiriləcək.
İyunun 3-11-də magistraturaya proqram seçiminin aparılması, iyunun 23-də isə magistraturaya qəbul imtahanının II mərhələsinin keçirilməsi nəzərdə tutulur. İyunun 26-28-də isə magistraturaya ixtisaslaşma seçiminin aparılması planlaşdırılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO