Azərbaycanın hakim partiyasının nümayəndələri Almaniyada görüşlər keçirir

Almaniyanın Konrad Adenauer Fondunun dəvəti ilə Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədovun başçılıq etdiyi YAP nümayəndə heyəti Almaniyada işguzar səfərdədir.
Trend YAP-ın rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində YAP nümayəndə heyəti Almaniyanın hakim Xristian Demokratlar Birliyinin rəsmiləri, eləcə də Almaniya Bundestaqının bir sıra üzvləri ilə görüşlər keçirəcək, qarşılıqlı maraq doğuran məsələlər haqqında geniş fikir mübadiləsi aparacaq.
Proqrama əsasən, YAP nümayəndə heyəti Bundestaqın Xarici məsələlər üzrə komitəsinin üzvü, XDB fraksiyasının xarici siyasət üzrə sözçüsünün müavini Karl-Georg Uelman, XDB partiyasının Beynəlxalq əməkdaşlıqlar şöbəsinin müdiri Bertil Uenger, Bundestaqda XDB fraksiyasının sədrinin müavini, partiyanın idarə heyətinin üzvü Mişel Fuks ilə görüşlər keçirib.
Qeyd edək ki, Almaniyada görüşlər başa çatdıqdan sonra YAP nümayəndə heyəti fevralın 27-də Brusselə səfər edəcək və burada bir sıra görüşlər keçirəcək.
YAP nümayəndə heyətinə partiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev və YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov daxildir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO