Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti BMT-nin İnsan Hüquqları Şurasının 22-ci sessiyası çərçivəsində Yüksək Səviyyəli Seqmentdə iştirak etmək məqsədilə fevral 24-26-da İsveçrənin Cenevrə şəhərinə səfər edəcək.
Trend Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində nazir müavini Xələf Xələfovun sözügedən tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.