“Ədliyyə orqanlarının inkişafı ilə bağlı Dövlət Proqramı” layihəsi hazırlanaraq prezidentə təqdim edilib. Lent.az-ın xəbərinə görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov məlumat verib. Nazir ölkədəki məhkəmə binalarının təmir olunması məsələsinə toxunub. Onun sözlərinə görə, blokada şəraitində olmasına baxmayaraq, Naxçıvandakı məhkəmə binalarının hamısı nümunəvidir.
Nazir əlavə edib ki, Dünya Bankı ilə Azərbaycanın birgə həyata keçirdiyi layihə nəticəsində Azərbaycanın digər bölgələrindəki məhkəmə binaları da yüksək səviyyəyə çatdırılacaq: “Bu zaman ən nümunəvi, ən müasir dünya təcrübəsindən istifadə olunacaq”.