Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Cümhuriyyətinin milli müdafiə Naziri İsmət Yılmazın dəvəti ilə Ankaraya yola düşüb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müdafiə nazirinin rəsmi səfəri çərçivəsində dövlətlərarası hərbi məsələlər barədə müzakirələr aparılacaq.