Prezident İlham Əliyevin fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı tənqidi çıxışından sonra düşünürəm ki, bütün dövlət qulluqçuları, mərkəzi və yerli icra orqanları rəhbərləri nəticə çıxaracaqlar. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
“Artıq bu sahədə işlər başlayıb və əlbəttə, vəzifəsinin öhdəsindən gələ bilməyənlər, Prezidentin etimadını itirmiş kadlarla bağlı gördüyünüz kimi qərarlar qəbul olundu”, deyə Əli Həsənov açıqlamasında bildirib.
PA rəsmisinin sözlərinə görə, bundan sonra yenidən kimsə Prezidentin etimadını doğrultmayacaqsa, belə qərarların qəbul edilməsi davam edəcək.
“Bu, bütövlükdə Azərbaycan məmurlarına, dövlət qulluqçularına xəbərdarlıq idi. Prezident tərəfindən onların qarşısında qoyulmuş əsas vəzifələrin yerinə yetirlməsində irəli sürülən qətiyyətli tələb idi”, deyə Əli Həsənov vurğulayıb.