Cinayətlərin profilaktikasında informasiya texnologiyalarının böyük rolu olmuşdur

Cinayətlərin profilaktikasında, hüquqazidd əməllərə məruz qalmış şəxslərin həyat və sağlamlığının müdafiəsində, bu sahədə operativ tədbirlərin görülməsində müasir texniki vasitələrin və informasiya texnologiyalarının da böyük rolu olmuşdur.
AzərTAc xəbər verir ki, bu sözləri daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyində keçirilmiş kollegiya iclasında demişdir.
Nazir bildirmişdir ki, “102” qaynar xətt xidmətinə daxil olan məlumatlar əsasında 8502 hüquqazidd əməlin qarşısı alınmış, 2051 fakt üzrə cinayət işi başlanmışdır.
“Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları sayəsində 61 cinayətin üstü açılmış, 6656 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 111 hadisə aşkarlanmış, axtarışda olan 66 avtomobil saxlanılmışdır. Vahid məlumat-axtarış sistemi vasitəsilə məhkumluq, təqsirləndirilən şəxslər, avtonəqliyyat vasitələri, odlu silahlar və s. haqqında 455 minə yaxın sorğu cavablandırılmış, axtarılan 875 şəxs müəyyən edilmişdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO