Dövlət Qulluqçularının Reyestrində 22 mindən çox dövlət qulluqçusu barədə məlumat cəmlənib

Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq müddəalar nəzərdə tutulub. Həmin layihənin 2014-cü ilin sonunda hazır olması gözlənilir.
Trend Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin 2012-ci ilin son altı ayında ali təhsilini başa vurmuş, lakin təhsil haqqında sənədin surətini almamış namizədlərin müsabiqədə iştirak etməsinə şərait yaratmaq məqsədi ilə namizədlərin qeydiyyatı prosesində yenilik edilib.
Belə ki, 2012-ci ildə ali təhsilini başa vurmuş namizədlər yalnız bitirdikləri təhsil müəssisələri və ixtisasları haqqında məlumatları elektron müraciət forması vasitəsilə Komissiyaya təqdim edir.
Onların təqdim etdikləri məlumatların doğruluğu Təhsil Nazirliyinin məlumat bazaları ilə yoxlanılır və doğru olduğu halda vətəndaşın namizədliyi qeydiyyata alınır.
Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin effektivliyinin artırılması məqsədi ilə 5000-dən çox yeni test tapşırığı hazırlanıb və 2012-ci il 12 noyabr tarixindən 25 dekabr tarixinədək keçirilən test imtahanlarında istifadə edilib.
Hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq müddəalar nəzərdə tutulub. Həmin layihənin 2014-cü ilin sonunda hazır olması gözlənilir.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2012-ci il ərzində Dövlət Qulluqçularının Reyestrini inkişaf etdirib, buradakı məlumatlar yenilənib və artırılıb. Dövlət orqanları ilə birgə aparılan işin nəticəsində reyestri idarə edən “İdarəetmə strukturu və kadr potensialı sistemi”nin istismarı zamanı ortaya çıxan nöqsanlar araşdırılıb və sistemləşdirilib.
Hesabat dövründə 38 mərkəzi icra hakimiyyəti orqanı, 78 yerli icra hakimiyyəti orqanı, 97 məhkəmə hakimiyyəti orqanı üzrə əlavə olaraq ümumilikdə 2461 nəfər dövlət qulluqçusu barədə məlumat toplanıb və reyestrin məlumat bazasına daxil edilib.
Hazırda reyestr mərkəzi icra, yerli icra və məhkəmə hakimiyyəti orqanları üzrə 22386 nəfər dövlət qulluqçusu barədə məlumatı özündə cəmləşdirib. Bu məlumatlar hər ayın 1-dən gec olmayaraq yenilənir.
Dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatların dövlət orqanları tərəfindən Dövlət Qulluqçularının Reyestrinə vaxtında, tam və düzgün verilməsini təmin etmək üçün hər bir dövlət orqanında məsul şəxs təyin edilib.
Reyestrdə olan dövlət qulluqçuları haqqında məlumatların düzgünlüyünü və tamlığını, məlumatların qanunvericiliklə müəyyən edilmiş müddətlərdə komissiyaya daxil olub-olmamasını yoxlamaq üçün yeni proqram təminatları və hesabatlar hazırlanıb.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO