Milli Məclisin deputatları Qənirə Paşayeva və Dünyamin Xəlilov noyabrın 2-də Gürcüstanın Acariya Muxtar Respublikasına səfərə yola düşəcəklər. Parlamentin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, millət vəkilləri noyabrın 3-də muxtar respublikanın qanunverici orqanı olan Ali Şuraya keçiriləcək yerli seçkilərin gedişini müşahidə edəcəklər. Səfər noyabrın 4-də başa çatacaq.