Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustanın iştirakı ilə türk dövlətlərinin ortaq ordusu yaradılıb. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, ortaq orduya dövlətlərin adlarının baş hərflərindən istifadə edilərək TAQM adı verilib.
Məlumatda o da qeyd olunur ki, ordunun simvolu hesab edilən at heykəli Azərbaycan Daxili Qoşunları Zakir Həsənov tərəfindən Türkiyə Jandarm Qüvvələrinin baş Komandanı, ordu generalı Bəkir Kalyonşuya təqdim edilib.
Qeyd edək ki, yanvarın 23-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan nümayəndələri iştirak edib.
İclasda Azərbaycan daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov, Türkiyə Jandarmeriyasının baş komandanı, ordu generalı Bəkir Kalyoncu, Qırğızıstan Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek Arbayev və Monqolustandan müvafiq qurumun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak edib.
Trend.az