Nazirlərin Paris görüşünün əsas müzakirə mövzularından biri Dağlıq Qarabağdakı aeroport məsələsi olacaq

Dağlıq Qarabağdakı aeroport məsələsi çox güman ki, gələn həftə Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşündə müzakirə olunacaq. APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib. “Biz öz tərəfimizdən tərəfləri regionda gərginliyin artmasına səbəb ola biləcək və danışıqlara mane olacaq addımlardan çəkinməyə çağırmışıq. Həmsədrlərin qeyd etdiyi kimi, bu kimi addımlar xeyirli ola bilməz. Ümidvaram ki, Dağlıq Qarabağdakı aeroport məsələsi Parisdə müzakirə olunacaq və diplomatik məcrada öz həllini tapacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO