Ötən il Azərbaycanda Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi tərəfindən lisenziyası olmayan 12 aptekin fəaliyyəti dayandırılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, keçən il İqtisadi İnkişaf Nazirliyi ilə birgə 368 aptekdə reyd keçirilib.
Reydlər nəticəsində yararlılıq haqqında analiz protokolu olmayan 7893 qutu, istifadə müddəti bitmiş 36 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib.
Trend.az