Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır

Prezident başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir. Biz öz işimizlə, öz fəaliyyətimizlə doğma xalqımıza ləyaqətlə xidmət etməliyik və ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması işində səyləri davam etdirməliyik. Mən hər bir məmurdan tələb edirəm ki, öz vəzifə borcuna vicdanla yanaşsın, insanları narahat edən problemləri həll etsin. Bütün ərizə və müraciətlərə vaxtlı-vaxtında cavab versin. Xalqa və dövlətə ləyaqətlə xidmət etsin.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Rüşvətxor məmurların ifşa olunması istiqamətində atılan addımlar məni qane etmir. Əgər yerlərdə rüşvətxor məmurlar iqtisadi islahatların aparılmasına imkan yaratmırsa, onda bizim heç bir planımız, proqramımız həyatda öz əksini tapa bilməz. Qəbul olunmuş qərarlar yerlərdə icra edilməlidir və bu qərarların düzgün icrasına əhali nəzarət etməlidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO